Gözlərimdə sənin o qədər xəyalın var ki, insanlar səni gözlərimdə görərlər
deyə baxmağa qorxuram.
گؤزلریمده سنین او قدر خیالین وار كی ، انسانلار سنی گؤزلریمده گؤررلر دئیه باخماقا قورخورام !
Səni nə zaman unudacağımı soruşma, çünki nə zaman öləcəyimi bilmirəm.
Bir çiçəyim vardı adını aşk koydum, qopardılar. Bir çiçəyim vardi adını
sevgi qoydum soldurdular. İndi də bir çiçəyim var adını həsrət
qoymuşam. Nə qoparan var, nə də solduran.
بیر چیچكیم واریدی آدینی آشك قویدوم ، قوپاردیلار . بیر چیچكیم واریدی آدینی سئوگی قویدوم ، سولدوردولار ، انیدی ده بیر چیچكیم وار آدینی حسر قویموشام ، نه قوپاران وار نه ده سولدوران !
Yağışı sevmədim, çünki sənin izlərini yuyurdu. Küləyi sevmədim, sənin
qoxunu əlimdən alıb aparır deyə. Sabahı sevmədim sənin intizarın
başlayır deyə. Tək gecəni sevdim səni yuxularıma gətirir deyə.
یاغیشی سئومه دیم ، چونكی سنین ایزلرینی یویوردو ، كوه یی سئومه دیم ، سنین قوخونو الیمدن آلیب آپاریر دئیه ، ساباحی سئومه دیم سنین انتظارین باشلاییر دئیه ، تك گئجه نی سئودیم سنی یوخولاریما گتیریر دئیه .
Sənsizlik 9 hərifli bu söz mənə bilirsənmi nələri öyrətdi? Gülüşümü
itirməyi, göz yaşımı gətirməyi, danışıb dinməməyi, xəyallarda axtarmağı
tapmamağı, sevinc nədir bilməməyi, yalnız sənə ağlamağı, səni olduğun
kimi görə bilməməyi, səni sevirəm deyə bilməməyi, səni sevirəm sözünü
eşitməməyi.
سنسیزلیك 8 حرفلی بو سؤز منه بیلیرسنمی نه لر اؤیرتدی ؟ گولوشومو ایتیرمه یی، گؤز یاشیمی گتیرمه یی، دانیشیب دینمه مه یی، سئوینج نه دیر بیلمه مه یی، یالنیز سنه آغلاماقی، سنی اولدوغون كیمی گؤره بیلمه مه یی، سنی سئویرم دئیه بیلمه مه یی، سنی سئویرم سؤزونو ائشیتمه مه یی.
Uzaqda olsan səni unudaram, yaxında olsan səndən bezərəm. Ən
yaxşısı nə uzaqda ol, nə yaxında.
اوزاقدا اولسان سنی اونودارام ، یاخیندا اولسان سندن بئزارام ، ان یاخشی سی نه اوزاقدا اول نه یاخیندا .
Sevgi xəyallarla dolu bir sandıq, xəyanətlərlə dolu bir dünyadır. Göz
yaşlarıyla dolu su səhəngidir. Göz yaşları ilə dolu olan dənizdir. Qan
ağlayan ürəklərdi. Ağaran saçlardı. Sevgiyə nifrət sevə bilməyən
ürəklərin sahibidir.
سئوگی خیاللارلا دولو بیر صاندیق، خیانتلرله دولو بیر دونیادیر. گؤز یاشلاریله دولو سو سهنگیدیر. گؤز یاشلاریله دولو اولان دنیزدیر. قان آغلایان اوركلردی ، آغاران ساچلاردی. سئوگیه نیفرت سئوه بیلمه ین اوركلرین صاحیبیدیر.
Sevənin sevdiyi insana olan sevgisi Bakı qədər böyük, Qafkaz kimi uca
, Kür kimi uzun, Astara kimi təmiz, Yevlax kimi nurlu, Mingəçevir kimi isti,
Naxçıvan kimi məşhur, Qarabağ kimi unudulmazdır.
سئوه نین سئودییی اینسانا اولان سئوگیسی باكی قدر بؤیوك، قفقاز كیمی اوجا، كور كیمی اوزون، آستارا كیمی تمیز، یئولاق كیمی نورلو، مینگه چئویر كیمی ایستی، نخجوان كیمی مشهور، قاراباغ كیمی اونودولمازدیر.
Gəldiyində boşluq dolduran biriylə deyil, getdiyində yeri dolmayacaq biriylə ol.
گلدییینه بوشلوق دولدوران بیریله دئییل، گئتدییینه یئری دولمایاجاق بیریله اول.
Gözünün giləsində sən gizlət məni,
Qoy heç kim görməsin yum gözlərini.
Məni heç buraxma bir nəfəs kimi,
Süzülüb qəlbində yanacağam mən,
Əbədi orada qalacağam mən.
گؤزونون گیله سینده سن گیزلت منی
قوی هئچ كیم گؤرمه سین یوم گؤزلرینی
منی هئچ بوراخما بیر نفس كیمی
سوزولوب قلبینده یاناجاقام من
ابدی اوارا قالاجاقام من !