GünAz TV: İran Mərkəzi Bankının yaydığı xəbərə əsasən, yeni pul vahidi üçün nəzərdə tutulan adların içində “Parsi”də var.
“Parsi” adının olması farsdillilər tərəfindən dəstəklənsədə, İranda yaşayan başqa millətlər tərəfindən etirazla qarşılanıb.
Fars millətçiləri həmən “Parsi” adını yeni pul vahidi kimi seçilməsini dəstəkləyib və kütləvi informasiya vasitələrində onu təbliğ etdilər. Onlar hamını internmetde keçirilən rəy sorğu saytına qatılıb və “Parsi” adının seçilməsinə səs verməyə çağırdılar.
Məhz bundan sonra Azərbaycanın milli saytları fəaliyyətə keçib və “Tümən” adını təbliğ etməyə başladılar. Onlar soydaşlarımızdan istədilər ki, sözü gedən rəy sorğu saytına üzv olub və “Tümən”i dəstəkləsinlər.
Artıq qısa müddətdə “Tümən” “Parsi”ni üstələyib. İnternet rəy sorğusunun nəticəsinə görə, Dünənə qədər iştirakçıların 43 faizi “Tümən”i 42 faizi isə “Parsi”ni seçiblər.